SPORTAZE » DİGƏR » “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından Sportaze.az-a verilən məlumata görə, yarışda ölkəmizi böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

 

Yarışın ilk iki günündə təsnifat, son günündə isə final mərhələsi keçiriləcək.

 

Turnirdə Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan idmançıları qüvvələrini sınayacaqlar.

 

Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Yarışda yeniyetmələr də öz qüvvələrini sınayacaqlar.


Bənzər xəbərlər

0 Azərbaycanın parataekvondo yığması Özbəkistanda təlim-məşq toplanışına başlayıb

Azərbaycanın parataekvondo yığması Özbəkistanda təlim-məşq

personAdmin 27-03-24, 11:10

Parataekvondo üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışına start verib. Milli...

0 Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10

personAdmin 19-03-24, 11:29

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub....

0 Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir

Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya

personAdmin 30-07-24, 16:41

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir....

menu
menu