Azərbaycan voleybol çempionatının əsasnaməsində dəyişiklik edilib
Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib.
Sportaze.az AVF-yə istinadən xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək.
Daha sonra pley-off mərhələsi baş tutacaq.
Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmalarıdır. Digər klublar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların 6 dövrədə keçirilməsini qərara alıb.
Bənzər xəbərlər
“Gəncə” klubundan Azərbaycan Voleybol Federasiyasının
personAdmin 11-01-24, 17:03“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək. Bu barədə Sportaze.az...
“Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb
personAdmin 06-01-24, 16:11“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb. Klubdan Sportaze.az saytına verilən məlumata görə,...
"Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək
personAdmin 08-07-24, 14:46Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etno-qəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunub. Azərbaycan...





