SPORTAZE » DİGƏR » 2024-cü ilin idman səfirləri bəlli olub

2024-cü ilin idman səfirləri bəlli olub

Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.

Qurumdan Sportaze.az saytına verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda 2024-cü il üçün "İdman səfirləri” seçilib.

Əvvəlcə namizədlərin təqdimatı gerçəkləşib. Hər bir namizəd özü və seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər.

Bunlar taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucovdur.

Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.


Bənzər xəbərlər

0 Azərbaycan millisinin Qran-Pri turniri üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Qran-Pri turniri üçün heyəti açıqlanıb

personAdmin 06-01-24, 15:24

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin Qran-pri turnirinə qatılacaq heyəti müəyyənləşib. Sportaze.az xəbər...

0 Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

personAdmin 24-01-24, 12:07

Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq atıcılıq...

0 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb

Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb

personAdmin 06-04-24, 14:53

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən "Maksima...

menu
menu