SPORTAZE » DİGƏR » Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil edib.

Sportaze.az ECA-nın rəsmi saytına istinadən xəbər verir ki, təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar aprelin 29-da Bakıya gələcəklər.

Bir gün sonra Mingəçevirdə yarışın rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Mayın 1-də Suqovuşan su anbarında birnəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək.

Reqata mayın 2-3-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris və İdman Mərkəzində davam edəcək. Mayın 3-də yarışların final görüşləri keçiriləcək.

ECA həmçinin Azərbaycanda avarçəkmə üçün uyğun olan yeni su hövzəsinin təqdimatının olacağı haqda məlumat verib. Mayın 4-də işğaldan azad olunan Füzuli rayonunda yerləşən Köndələnçay su anbarının açılış mərasimi baş tutacaq.

Xatırladaq ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.


Bənzər xəbərlər

0 Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq

Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə

personAdmin 07-08-24, 13:44

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...

0 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start

personAdmin 15-03-24, 12:02

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib. Sportaze.az xəbər verir ki, Milli...

0 Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası

personAdmin 29-03-24, 18:54

Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin iclası keçirilib. Sportaze.az AKF-nin mətbuat xidmətinə...

menu
menu