Paris-2024: Yusuf Dikecin performansı bütün sosial şəbəkə istifadəçilərinin, eləcə də İlon Maskın diqqətini cəlb edib
Əlli bir yaşlı türkiyəli atıcı Yusuf Dikec “Paris-2024” Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan atəşaçma yarışında unudulmaz performans göstərərək gümüş medal qazanıb.
Sportaze.az xəbər verir ki, azarkeşlərin diqqətini daha çox cəlb edən məqam isə qoruyucu dəbilqə və ya xüsusi eynək olmadan və bir əli cibində yarışan Yusuf Dikecin inanılmaz dərəcədə rahat dayanması olub. Onun bir əli cibində atəş açdığı foto bütün dünyada internetdə sürətlə yayılıb və hətta “X” platformasında “yaxşı” yazan milyarder İlon Maskın diqqətini çəkib.
Yusuf Dikec daha əvvəl ölkəsini 2012-ci və 2016-cı illər olimpiadalarında təmsil edib.
“Gümüş mükafatçı əli cibində və minimalist avadanlığı ilə internet istifadəçilərinin marağına səbəb olur. Tüfəng nişangahları və ya səs-küyü ləğv edən qulaqlıqlar olmadan atıcı rəqibindən fərqlənir”, - deyə Franceifo canlı yayımda qeyd edib.
Bənzər xəbərlər
Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması
personAdmin 02-01-24, 00:53Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək. Sportaze.az xəbər verir ki, bu barədə...
“Real Madrid” Arda Güləri başqa komandaya göndərir
personAdmin 23-01-24, 14:29İspaniyanın “Real Madrid” klubu futbolçusu Arda Güləri icarəyə verməyə hazırlaşır. Sportaze.az İspaniya mətbuatına...
Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib
personAdmin 19-01-24, 13:52Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib. Sportaze.az xəbər verir ki, bu barədə yerli “Asharq...





