"Qarabağ"ın qapıçısı futbol qaydalarının birində dəyişiklik edilməsini istəyir
"Qarabağ"ın qapıçısı Andrey Lunyov futbol qaydalarının birində dəyişiklik edilməsini istəyir.
Sportaze.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə Rusiya mətbuatına açıqlama verib.
"Düzünü desəm, penaltilər zamanı qapıçının xəttin üzərində dayanması hücumçuların xeyrinədir. Kimsə deyirdi ki, zərbə zamanı irəliyə doğru addım atmaq mümkün olsaydı və ya cüzi tullanmaya icazə verilsəydi, az-çox normal olardı. Bunu özüm üçün deyirəm. Başqaları bəlkə də penalti zərbələrini qaytarır, amma mən bu günə qədər nadir hallarda bunu etmişəm. Ona görə də sözügedən qaydanı dəyişmək olar”, - deyə Lunyov bildirib.
Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.
Bənzər xəbərlər
“Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub
personAdmin 02-01-24, 18:04Mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq "Turan Tovuz" komandasının yoxlama...
"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib
personAdmin 17-11-24, 00:36Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib. Komanda Vüqar Nadirov...
“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib
personAdmin 31-01-24, 16:52“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib. Klubdan Sportaze.az saytına verilən məlumata görə, Çağlar...





