SPORTAZE » DİGƏR » Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası arasında niyyət protokolu imzalanıb

Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası arasında niyyət protokolu imzalanıb

Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası (AVF) arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalama mərasimi keçirilib.

Sportaze.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, AVF-nin prezidenti Şahin Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq birgə layihələrin icrasına dair videoçarx nümayiş olunub.

Çingiz Hüseynzadə AVF-nin son illərdə həyata keçirdiyi layihələrdən danışıb və onların təqdirəlayiq olduğunu bildirib. O, həmçinin MOK-un əvvəlki illərdə AVF ilə əməkdaşlığından söz açıb.

Şahin Bağırov isə birgə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. Federasiya rəhbəri bunun ölkədə voleybolun inkişafına daha da təkan verəcəyinə inandığını deyib.

Sonra MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov "Kompleks İnkişaf Modeli" haqqında təqdimatla çıxış edib.

Sonda niyyət protokolu imzalanıb. Sənədi Çingiz Hüseynzadə və Şahin Bağırov imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər arasında voleybolun Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydaları və tövsiyələrinə uyğun hərtərəfli, sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi, ehtiyat qüvvənin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair tədbirlər keçiriləcək.

Müqavilədə voleybol üzrə milli və ya regional mərkəzin yaradılması ilə bağlı strateji fəaliyyət planının hazırlanması, beynəlxalq səviyyəli məşqçi kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması, yeniyetmə, gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi də əksini tapıb.


Bənzər xəbərlər

0 Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini

personAdmin 02-02-24, 11:58

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib. Sportaze.az saytının...

0 Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış

personAdmin 07-03-24, 12:43

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Sportaze.az-ın məlumatına görə, tədbir Milli...

0 Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya

personAdmin 24-04-24, 12:35

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya...

menu
menu