Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək
Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.
Sportaze.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.
Çempionatın proqramı belədir:
29 yanvar
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.
30 yanvar
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.
31 yanvar
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.
1 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.
Bənzər xəbərlər
Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub
personAdmin 06-08-24, 23:38Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb....
“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək
personAdmin 11-03-24, 16:52Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib....
Azərbaycanın boks millisi Avropa rekordunu təkrarlayıb
personAdmin 31-05-24, 17:46Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazanmaqla Avropa...





