SPORTAZE » DİGƏR » Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Azərbaycan millisinin 2 idmançısı həlledici görüşü qələbə ilə başa vurub.

Sportaze.az xəbər verir ki, 50 kq-da Marjona Savriyeva komanda yoldaşı Günel Rəhimova üz-üzə gəlib. Görüşdə birinci tam üstünlüklə qələbə qazanıb.

Zeynəb Rəhimova da turnirin qalibi adına yiyələnib. O, finalda Şahina Nematovanı (Özbəkistan) 4:1 hesabı ilə məğlub edib.

Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) həlledici görüşdə Erika Priskiandaroya (İtaliya), Lalə Namazlı (63 kq) isə Canfora Assuntaya (İtaliya) məğlub olduğundan ikinci yeri tutublar.

Beləliklə, qadınlardan ibarət Azərbaycan millisi “Böyük İpək Yolu”nu 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.

Yığmanın heyətində Marjona Savriyeva və Zeynəb Rəhimova birinci yeri tutublar. Günel Rəhimova, Mehparə Məmmədova və Lalə Namazlı gümüş medala yiyələniblər. Bir gün öncə isə Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) 3-cü yerlə kifayətləniblər.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.


Bənzər xəbərlər

0 Paris-2024: Beşinci günün gündəliyi

Paris-2024: Beşinci günün gündəliyi

personAdmin 31-07-24, 09:44

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 11 dəst medal sahibini tapacaq....

0 Formula 1 Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat mərhələsinə start verilib

Formula 1 Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat

personAdmin 05-04-24, 11:45

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyat...

0 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start

personAdmin 15-03-24, 12:02

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib. Sportaze.az xəbər verir ki, Milli...

menu
menu