Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub
Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub.
Azərbaycan Güləş Federasiyasından Sportaze.az saytına bildiriblər ki, U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi ilə Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kiloqram) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kiloqram), Ramik Heybətov (70 kiloqram), Anar Cəfərli (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kiloqram) və Nərgiz Səmədova (55 kiloqram) isə bürünc medal əldə ediblər.
Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub.
Qeyd edək ki, “Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.
Bənzər xəbərlər
Azərbaycan nümayəndə heyəti WADA-nın illik simpoziumunda
personAdmin 13-03-24, 15:02Martın 12-13-də İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu...
Ötən ay ölkəmizi beynəlxlaq yarışlarda uğurla təmsil etmiş
personAdmin 12-03-24, 14:23Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda...
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
personAdmin 04-04-24, 13:29Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq. Federasiyadan Sportaze.az saytına verilən məlumata...





