AMADA-nın təcrübəsi milli Olimpiya komitələrinə nümunə göstərilib
Beynəlxalq Test Agentliyi (ITA) “Paris-2024” Yay Olimpiya Oyunları öncəsi milli Olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, təlimat Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) isə dəstəyi ilə hazırlanıb.
Təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında AMADA da yer alıb.
Təlimatda agentliyin Təhsil şöbəsinin fəaliyyətinə geniş yer verilib. Belə ki, AMADA-nın təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli Olimpiya komitələrinə nümunə kimi göstərilib.
Həmçinin təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub.
Xatırladaq ki, AMADA 2023-cü ildə 3 min nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.
Bənzər xəbərlər
Xankəndi-Bakı ultra marafonuna start verilib
personAdmin 29-02-24, 11:07İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonuna start verilib. Sportaze.az xəbər verir ki, yarışdan öncə açılış...
Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək
personAdmin 28-02-24, 12:04Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək. Sportaze.az saytının Azərbaycan Futzal Federasiyasının...
Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib
personAdmin 29-07-24, 20:50Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub....





