Cüdo üzrə milli komandamız Mittersilldə ilin ilk Olimpiya təlim-məşq toplanışındadır
Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Avstriyanın Mittersill şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak edirlər.
Sportaze.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, yanvarın 8-dən 16-dək Avropa Cüdo Birliyinin təşkil etdiyi bu beynəlxalq təlim-məşq toplanışına Azərbaycandan 36 idmançı qatılıb. Düşərgə yeni mövsüm üçün əsas hazırlıq mərhələsi hesab olunur.
Məşqdə Azərbaycan yığması ilə yanaşı Yaponiya, Hollandiya, Fransa və Gürcüstan kimi tanınmış cüdo ölkələr də fəal iştirak edirlər.
Qeyd edək ki, Olimpiya təlim-məşq düşərgəsinə 55 müxtəlif ölkədən 902 idmançı qatılıb.
Bənzər xəbərlər
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək
personAdmin 22-07-24, 20:18Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq...
Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna
personAdmin 23-05-24, 16:39Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan...
Azərbaycanın idman tarixində rekord göstərici: il ərzində
personAdmin 31-12-23, 15:10Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Sportaze.az xəbər...





