Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Avstriyanın Mittersill şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak edirlər.
Sportaze.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, yanvarın 8-dən 16-dək Avropa Cüdo Birliyinin təşkil etdiyi bu beynəlxalq təlim-məşq toplanışına Azərbaycandan 36 idmançı qatılıb. Düşərgə yeni mövsüm üçün əsas hazırlıq mərhələsi hesab olunur.
Məşqdə Azərbaycan yığması ilə yanaşı Yaponiya, Hollandiya, Fransa və Gürcüstan kimi tanınmış cüdo ölkələr də fəal iştirak edirlər.
Qeyd edək ki, Olimpiya təlim-məşq düşərgəsinə 55 müxtəlif ölkədən 902 idmançı qatılıb.