SPORTAZE » FUTBOL » “Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Sportaze.az xəbər verir ki, matçda ədaləti Benua Bastyen qoruyacaq.

Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimi Benua Miyo olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.


Bənzər xəbərlər

0 "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib

personAdmin 06-01-24, 16:37

Premyer Liqa təmsilçisi "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib. Sportaze.az Gəncə klubunun mətbuat...

0 “Qarabağ” klubu UEFA reytinqində irəliləyib

“Qarabağ” klubu UEFA reytinqində irəliləyib

personAdmin 26-02-24, 10:17

Klubların UEFA reytinqi açıqlanıb. Sportaze.az xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən...

0 Premyer Liqanın qalibi olan "Qarabağ" mükafatlandırılıb

Premyer Liqanın qalibi olan "Qarabağ"

personAdmin 26-05-24, 22:03

Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb. Sportaze.az xəbər verir ki,...

menu
menu