“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı olub
“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.
Sportaze.az saytının Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, onun yubileyi Premyer Liqanın XXV turunda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib.
29 yaşlı arxa xətt oyunçusu 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. Çantakias çıxış etdiyi 100 oyunda ümumilikdə 6 qol vurub.
Qeyd edək ki, Dmitrios Çantakias 2020/2021 mövsümündən “Zirə”nin formasını geyinir.
Bənzər xəbərlər
Zədə Mahir Emrelinin başqa kluba keçidinə mane olub
personAdmin 07-01-24, 19:20Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu tərk...
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində
personAdmin 11-03-24, 17:56“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib. Sportaze.az xəbər verir ki, 52 yaşlı mütəxəssis...
“Qəbələ” komandası Omar Hani ilə yollarını ayırıb
personAdmin 08-01-24, 19:26“Qəbələ” komandası futbolçusu Omar Hani ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, “qırmızı-qaralar”...





