Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib
Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, tədbir Avropa Cüdo Birliyinin Kata Komissiyasının rəhbəri, 7-ci dan ustası, doktor Bradik Slavisanın iştirakı ilə təşkil olunub.
Proqrama ümumilikdə 85 mütəxəssis cəlb edilib. B.Slavisa təlim zamanı cüdo texnikalarının və fəndlərinin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrini və praktiki fikirlərini məşqçilərlə bölüşüb. Seminarda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan məşqçilər iştirak ediblər.
Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. ACF 2022-ci ilin əvvəlindən bu qurumla əməkdaşlıq edir.
Bənzər xəbərlər
İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun
personAdmin 04-03-24, 17:32İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub. Sportaze.az xəbər verir ki, yarışın sonuncu...
Azərbaycan güllə atıcıları Avropa çempionatında bürünc
personAdmin 26-02-24, 17:25Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında...
Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom
personAdmin 09-01-24, 10:30Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli...





