SPORTAZE » DİGƏR » Azərbaycan boksçusu lisenziya turnirində erməni rəqibi üzərində inamlı qələbə qazanıb

Azərbaycan boksçusu lisenziya turnirində erməni rəqibi üzərində inamlı qələbə qazanıb

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.

Sportaze.az xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz ermənistanlı Rudolf Qarboyanla döyüşüb.

1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

İdmançımızı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Qeyd edək ki, Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.


Bənzər xəbərlər

0 Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A kateqoriyalı hakim statusu alıb

Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A

personAdmin 05-02-24, 16:56

Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A kateqoriyalı hakim statusu alıb. Qurumdan Sportaze.az saytına...

0 “Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb

“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl

personAdmin 15-01-24, 10:20

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Sportaze.az xəbər verir ki, yarışın son günündə...

0 Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib

Azərbaycan minifutbol millisinin Avropa çempionatında

personAdmin 28-03-24, 13:47

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...

menu
menu