SPORTAZE » DİGƏR » Azərbaycanlı atletin ömürlük diskvalifikasiyası ləğv olunub

Azərbaycanlı atletin ömürlük diskvalifikasiyası ləğv olunub

Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Zülfüqar Süleymanovun ömürlük diskvalifikasiyası başa çatmış hesab olunub.

Sportaze.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) verib.

Qurum 2021-ci ildə qəbul olunan yeni antidopinq qaydalarına əsaslanaraq belə addım atıb. Həmin yeniliyə əsasən dopinqə görə ikinci dəfə verilən cəzalar yüngülləşdirilib. Əvvəlki qayda ilə ağır diskvalifkasiya alanlara məsələyə yenidən baxılması üçün İWF-ə müraciət etmək hüququ verilib.

2010-cu ilin sentyabrında 4 illik cəzalanan Süleymanov bu diskfalifikasiya yüngülləşdikdən sonra körpücük üzərinə erkən qayıtsa da, 2013-cü ildə yenidən dopinqdə “ilişib”. İkinci cəza kimi ona ömürlük diskvalifikasiya verilib.

Süleymanovun cəzasını yeni qaydaların tətbiqi ilə nəzərdən keçirən İWF onun ikinci diskvalifikasiyasının müddətini bitmiş hesab edib. Ağırlıqqaldırma veteranı artıq bu idman növü üzrə müxtəlif sahələrdə çalışa bilər.


Bənzər xəbərlər

0 Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

personAdmin 04-06-24, 13:39

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP...

0 AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda 58 idmançıdan test nümunəsi götürülüb

AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda

personAdmin 08-02-24, 11:08

2023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58...

0 Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri bəlli olub

Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri

personAdmin 01-02-24, 12:59

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair-play” mükafatının 2024-cü...

menu
menu