SPORTAZE » DİGƏR » Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub

Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Sportaze.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.

Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Bənzər xəbərlər

0 Azərbaycanın altı təmsilçisi Slovakiyadakı reqatada iştirak edəcək

Azərbaycanın altı təmsilçisi Slovakiyadakı reqatada iştirak

personAdmin 23-05-24, 15:48

Mayın 24-də Slovakiyanın paytaxtı Bratislavada yeniyetmələr arasında start götürəcək kayak və kanoe üzrə beynəlxalq...

0 İddiaçılar Turniri: Şahmatçımız Nicat Abasov mübarizəyə başlayır

İddiaçılar Turniri: Şahmatçımız Nicat Abasov mübarizəyə

personAdmin 04-04-24, 10:08

Bu gün Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start veriləcək. Sportaze.az xəbər verir ki,...

0 İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub

İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun

personAdmin 04-03-24, 17:32

İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub. Sportaze.az xəbər verir ki, yarışın sonuncu...

menu
menu