Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanla heç-heçə edib
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq görüşü keçirib.
Azərbaycan Şahmat Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma Tbilisidəki ilk oyun günündə ağ fiqurlarla çıxış edib. Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, oyunlar rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
Bənzər xəbərlər
“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal
personAdmin 29-03-24, 17:49“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb. Sportaze.az xəbər verir ki, Viymsi qəsəbəsini...
Azərbaycan cüdoçusu səhhətindəki problemə görə Qran-pridə
personAdmin 27-01-24, 12:52Azərbaycan cüdoçusu Zelim Tçkayev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə iştirak etməyəcək. Azərbaycan...
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
personAdmin 11-05-24, 23:50Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportaze.az...





