SPORTAZE » FUTBOL » "Qarabağ" klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib

"Qarabağ" klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib

"Qarabağ" futbol klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.

Sportaze.az xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.

Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

"Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

Bu həm də Qurban Qurbanovun "Qarabağ"da baş məşqçi kimi 10-cu çempionluğudur.


Bənzər xəbərlər

0 "Şamaxı" klubu növbəti transferini reallaşdırıb

"Şamaxı" klubu növbəti transferini reallaşdırıb

personAdmin 19-01-24, 15:28

Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb. Bölgə...

0 Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə əlamətdar olub

Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə

personAdmin 22-12-23, 14:33

“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb. Sportaze.az Peşəkar...

0 “Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib

“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib

personAdmin 19-01-24, 20:28

“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib. Tovuz klubundan Sportaze.az saytına verilən məlumata görə, İsmayıl...

menu
menu