Paris-2024: Altıncı günün gündəliyi
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Sportaze.az xəbər verir ki, bu gün daha 18 dəst medal sahibini tapacaq.
Bununla da artıq başa çatan proqramların ümumi sayı 94-ə çatacaq. İlk beş gündə 76 mükafat dəsti uğrunda yarış yekunlaşıb.
Azərbaycan millisi 3 yarışda təmsil olunacaq. Boksçu Alfonso Dominqes 1/4 final görüşünə çıxacaq. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək.
Daha bir çempionluq ümidimiz Zelim Kotsoyev cüdo tatamisində mübarizə aparacaq. Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz iki matça çıxacaq.
1 avqust
12:00. Cüdo, kişilər, 100 kq
1/8 final
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)/ Tomas Briçeno (Çili) cütünün qalibi
14:30. Basketbol 3x3, qadınlar
II tur
Azərbaycan – Fransa
19:54. Boks, kişilər, 92 kq
1/4 final
Alfonso Dominqes – Aybek Oralbay (Qazaxıstan)
20:30. Basketbol 3x3, qadınlar
III tur
Almaniya – Azərbaycan
Bənzər xəbərlər
Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə
personAdmin 29-07-24, 09:40Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start...
AMADA-nın illik hesabatı: 1100 antidopinq testi, 7 qayda
personAdmin 28-12-23, 12:15Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2023-cü ilin hesabatını açıqlayıb. Sportaze.az AMADA-nın mətbuat...
Azərbaycanın 12 güləşçisi reytinq turnirində çıxış edəcək
personAdmin 03-06-24, 17:46İyunun 6-9-u aralığında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində Azərbaycanın 12 güləşçisi...





