SPORTAZE » DİGƏR » Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal qazanıb

Azərbaycanın üzgüçülük komandası Latviyada qızıl medal qazanıb

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən turnirdə uğurlu çıxış edib.

Azərbaycan Üzgüçülük Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, kişilərdən ibarət komanda 4x200 metr məsafədə sərbəst üsulla üzməkdə ən yüksək nəticə göstərərək turnirin qalibi olub.

Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş, Səid Həmidov 200 mert məsafədə qarışıq üsulda bürünc, Mehri Əbdürrəhmalı 200 metr məsafədə batterflay üsulunda bürünc mükafat əldə ediblər.

S.İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Qeyd edək ki, yarışa ilk dəfə rekord sayda, 760 idmançı qatılıb.


Bənzər xəbərlər

0 Azərbaycan bədii gimnastları "Montenegro Cup"da iştirak edəcəklər

Azərbaycan bədii gimnastları "Montenegro Cup"da

personAdmin 30-05-24, 12:12

Azərbaycan bədii gimnastları iyunun 1-də Monteneqronun Budva şəhərində start götürəcək “Montenegro Cup”da iştirak...

0 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb

Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb

personAdmin 06-04-24, 14:53

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən "Maksima...

0 Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyası İcraiyyə Komitəsinin iclası

personAdmin 06-04-24, 13:15

Azərbaycan Şahmat Federasiyası (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib. Bu barədə Sportaze.az...

menu
menu