Konfrans Liqası: “Sumqayıt”ın Macarıstan klubu ilə ev oyununun stadionu bəlli olub
“Sumqayıt”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə keçirəcəyi ev oyununun stadionu bəlli olub.
Sportaze.az saytının məlumatına görə, qarşılaşma, böyük ehtimalla, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq.
Artıq arenanın avrokubok oyunları üçün tələb olunan standartlara uyğunlaşdırılması üçün işlərə start verilib.
Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də evdə, cavab matçını isə avqustun 1-də səfərdə keçirəcək.
Bənzər xəbərlər
Mehdi Hüseynzadə adına stadionda mövsümün tamaşaçı rekordu
personAdmin 05-02-24, 12:59Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi...
Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu
personAdmin 30-03-24, 14:32Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Sportaze.az Peşəkar Futbol...
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib
personAdmin 06-01-24, 16:37Premyer Liqa təmsilçisi "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib. Sportaze.az Gəncə klubunun mətbuat...





