“Şimal” klubunun UEFA Regionlar Kubokundakı rəqibləri müəyyənləşib
2024/2025 mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub.
Sportaze.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.
Oyunlar 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.
Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.
Bənzər xəbərlər
"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin
personAdmin 08-03-24, 20:58"Qarabağ"ın oyunçusu Yassin Benziya UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra...
"Neftçi" - "Qarabağ" oyununda mövsümün
personAdmin 02-12-24, 13:32Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş...
"Araz-Naxçıvan" daha bir futbolçu ilə yeni
personAdmin 03-06-24, 12:25Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. Naxçıvan...





