SPORTAZE » FUTBOL » “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb

“Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.

Sportaze.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.

Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.


Bənzər xəbərlər

0 Azərbaycan Kuboku: "Qarabağ" son 16 mövsümün ən yaxşı göstəricisinə imza atıb

Azərbaycan Kuboku: "Qarabağ" son 16 mövsümün ən

personAdmin 29-05-24, 11:29

"Qarabağ" klubu cari mövsümdə Azərbaycan Kubokunda 19 qola imza atıb. Sportaze.az Peşəkar Futbol Liqasının...

0 Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu qazanıb

Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu

personAdmin 30-03-24, 14:32

Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Sportaze.az Peşəkar Futbol...

0 "Qəbələ" İdman Klubu baş meneceri ilə yollarını ayırıb

"Qəbələ" İdman Klubu baş meneceri ilə yollarını

personAdmin 30-01-24, 13:14

"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, 2021-ci ilin...

menu
menu