Parisdə içərisində Olimpiya təhlükəsizlik planları olan kompüter oğurlanıb
Meriya əməkdaşı Paris Olimpiadası üçün təhlükəsizlik planları olan kompüteri və “USB fleş” disklərini itirib.
Sportaze.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Hadisə fevralın 26-da axşam saatlarında qatarda baş verib. Paris meriyasının əməkdaşı kompüteri və şəxsi əşyaları olan çantanı oturacağın üstündəki rəfə qoyub və daha sonra onu yerində tapmayıb.
Telekanalın məlumatına görə, kompüter və fleş disklərdə olan fayllar iyulun 26-dan avqustun 11-dək Olimpiya Oyunları zamanı Paris meriyası tərəfindən hazırlanmış təhlükəsizlik tədbirləri ilə bağlı olub. Oyunlara bələdiyyə polisi olmaqla 2 minə qədər asayiş keşikçisinin cəlb edilməsi nəzərdə tutulurdu. Hazırda polis oğrunu tapmaq üçün stansiyada müşahidə kameralarının görüntülərini yoxlayır.
Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 26-da Sena çayında baş tutacaq və milli komandalar çay qayıqları ilə bir neçə kilometr məsafədə parad keçirəcəklər.
Bənzər xəbərlər
Leonardo Bonuççi "Fənərbağça"ya keçməyə yaxındır
personAdmin 08-01-24, 03:26"Union Berlin" futbol klubunun mərkəz müdafiəçisi Leonardo Bonuççi Türkiyənin "Fənərbağça" klubuna...
Ötən il ən çox qol vuran afrikalı futbolçular bəlli olub
personAdmin 13-01-24, 19:582023-cü ildə ən çox qol vurmuş afrikalı futbolçular açıqlanıb. Sportaze.az xəbər verir ki, siyahını Beynəlxalq Futbol...
"Fənərbağça” yeni transferini açıqlayıb
personAdmin 29-01-24, 17:54Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Atletiko” (Madrid) komandasından icarəyə götürdüyü Çağlar Söyüncünün...





