Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən asan qələbə
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Sportaze.az xəbər verir ki, Yüksək Liqanın XVI turu çərçivəsində Bakıda iki, Gəncədə bir qarşılaşma baş tutub.
Tura “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti görüş GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” kollektivləri arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” derbidə 3:0 hesabı ilə qələbə qazanıb.
UNEC-in idman zalında baş tutan günün son oyununda UNEC və “Azərreyl" klubları üz-üzə gəliblər. Bu qarşılaşmada “Azərreyl" rəqibi üstələyib - 3:0.
Beləliklə, qadınların turnir cədvəlinə “Azərreyl” 39 xalla (13 qələbə) liderlik edir. “Murov Az Terminal” 35 xalla (12 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Bənzər xəbərlər
“Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı
personAdmin 12-01-24, 14:432024-cü ilin ilk oyunu çox gərgin keçdi. Həm də rəqibimiz - "Azərreyl" güclü heyətə malik komandadır. Bu...
Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən
personAdmin 06-03-24, 10:36Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Sportaze.az xəbər verir ki, Yüksək...
“Gəncə” klubu Azərbaycan millisinin iki voleybolçusunu
personAdmin 07-06-24, 15:07Yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” heyətini yeni voleybolçularla gücləndirib. Bu barədə Sportaze.az saytına...




