FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək
FIFA “FIFA series” adlanan yeni layihəyə start verir.
Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq.
Müxtəlif qitələrdə keçiriləcək və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda təşkili nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.
AFFA ali futbol qurumunun yeni layihəsini dəstəkləyib və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edib.
Bənzər xəbərlər
“Sabah” çempionatda 50-ci "quru" oyununu keçirib
personAdmin 29-01-24, 16:12“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci "quru" oyununu keçirib. Sportaze.az Peşəkar Futbol Liqasının...
“Qarabağ” klubu “Zirə”yə qalib gəlib
personAdmin 10-03-24, 19:58Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Sportaze.az xəbər verir ki, son oyunda çempion “Qarabağ”...
“Qarabağ”ın futbolçusu Polşa klubuna keçəcək
personAdmin 18-01-24, 16:39“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır. Sportaze.az Polşa mətbuatına...





