"Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının "Kids Volleyball" layihəsini uğurla icra edir
Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi "Kids Volleyball" layihəsinin bölgələrdə inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. "Gəncə" VK-nın Sağlam Ailə Tibb Mərkəzinin Gəncə "UltraLab" filialı ilə əməkdaşlığı çərçivəsində növbəti görüş təşkil olunub.
Sportaze.az xəbər verir ki, görüş zamanı Azərbaycan Voleybol Federasiyasının idmanın bu növünün ölkəmizdə təbliği, kütləviləşməsi və uşaq voleybolunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Sonra uşaqlara Gəncə "UltraLab" filialı tərəfindən il ərzində 1 dəfə ödənişsiz tam müayinə üçün tibbi kartlar, həmçinin il ərzində 30 faizədək endirim paketləri təqdim olunub.
"Gəncə" VK-nın "Kids Volleyball" komandasının üzvlərinə 50 ədəd forma təqdim olunub.
Sonda "Kids Volleyball" komandasının nümunəvi məşqi təşkil olunub və voleybolçular müxtəlif təmrinləri yerinə yetiriblər.
Bənzər xəbərlər
Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb
personAdmin 09-01-24, 16:49Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional...
"Gəncə" voleybol klubu "Seçim günü"ndə
personAdmin 01-07-24, 15:50Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam...
Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX
personAdmin 15-01-24, 12:57Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib. Sportaze.az saytının...





