"Kəpəz" iki antirekordunu təkrarlayıb
“Kəpəz” iki antirekordunu təkrarlayıb.
Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.
Adil Şükürovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XXVIII turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub.
2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.
“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında 6 qol vurub.
Qeyd edək ki, “Kəpəz” son ev matçını Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.
Bənzər xəbərlər
Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə
personAdmin 22-12-23, 22:48Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb. Sportaze.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə...
“Zirə”nin ukraynalı hücumçusu "Transfermarkt"
personAdmin 07-01-24, 11:20“Zirə” futbol klubunun ukraynalı hücumçusu Vladislav Kulaç məşhur "Transfermarkt" portalını yalan məlumat...
Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub
personAdmin 09-02-24, 11:15Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub. Sportaze.az xəbər verir ki, yığma C Liqasının...





