“Sumqayıt” klubunun ev oyunlarını 51516 azarkeş izləyib
“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ev oyunlarını ümumilikdə 51516 azarkeş izləyib.
Sportaze.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ev matçlarından 9-nu “Kapital Bank Arena”da, 9-nu isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.
Orta hesabla 2862 azarkeşin izlədiyi görüşlərdə ən yüksək göstərici “Sumqayıt” – “Qarabağ” (32-ci tur - 9300 tamaşaçı) və “Sumqayıt” – “Qəbələ” (36-cı tur - 9300 tamaşaçı) qarşılaşmalarında qeydə alınıb. Bu isə cari mövsümün rekordudur. Ən aşağı göstərici isə “Sumqayıt” – “Kəpəz” (25-ci tur - 800 tamaşaçı) matçında olub.
Qeyd edək ki, “Sumqayıt” son mövsümü 57 xalla dördüncü pillədə bitirib.
Bənzər xəbərlər
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının “play-off”
personAdmin 14-08-24, 01:18UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ”...
Azərbaycan millisi Belarus və Rusiya yığmaları ilə üz-üzə
personAdmin 05-02-24, 14:1917 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun...
“Zirə” klubu sabiq futbolçusunu transfer edib
personAdmin 01-03-24, 16:55“Zirə” komandası heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan Sportaze.az saytına verilən məlumata görə, paytaxt...





