SPORTAZE » FUTBOL » “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.

Sportaze.az xəbər verir ki, 52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.

O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.

“Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb – 1644 xal.

Qeyd edək ki, cədvələ 2223 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

 



Bənzər xəbərlər

0 “Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb

“Qarabağ”ın rəqibi rekordunu təkrarlayıb

personAdmin 11-03-24, 12:18

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniya “Bayer 04”ü öz rekordunu təkrarlayıb....

0 “Qarabağ” klubu UEFA reytinqində irəliləyib

“Qarabağ” klubu UEFA reytinqində irəliləyib

personAdmin 26-02-24, 10:17

Klubların UEFA reytinqi açıqlanıb. Sportaze.az xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən...

0 Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə

personAdmin 22-12-23, 22:48

Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb. Sportaze.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə...

menu
menu