AFFA Premyer Liqa təmsilçilərini cərimələyib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIV turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimə edilib. Həmçinin qəbələli azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “qırmızı-qaralar”a xəbərdarlıq edilib.
“Turan Tovuz” - “Neftçi” görüşündə ev sahibi komandanın azarkeşi tərəfindən meydana kənar əşya atıldığı, rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığı üçün bölgə təmsilçisi ümumilikdə 1800 manat cərimələnib.
Bundan başqa, Tovuz şəhər stadionunun 6 ədəd oturacağı qonaq komandanın azarkeşləri tərəfindən sındırıldığına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Səbail” isə 700 manat ziyana düşüb.
Bənzər xəbərlər
UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib
personAdmin 04-04-24, 15:22UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib. Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam...
“Sabah” klubu Antalyada Rumıniya komandası ilə qarşılaşacaq
personAdmin 07-01-24, 11:05Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” futbol klubunun hazırlıq çərçivəsində keçirəcəyi...
“Zirə”nin qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub
personAdmin 09-01-24, 15:03Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə...





