Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutublar.
Sportaze.az “judobase.ijf.org” saytına istinadən xəbər verir ki, böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.
Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız 6 ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.
Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.