SPORTAZE » XARİCİ XƏBƏRLƏR » Formula E-nin Hindistan mərhələsi ləğv olunub

Formula E-nin Hindistan mərhələsi ləğv olunub

Keçən il Formula E üzrə dünya çempionatının mərhələlərindən biri ilk dəfə Hindistanın Heydərabad şəhərində keçirilmişdi. Şəhər 2024-cü ildə yenidən Formula E-yə ev sahibliyi etməli idi. Fevralın 10-na planlaşdırılan yarışın təşkilatçıları mərhələnin ləğv edildiyini açıqlayıblar.

Sportaze.az xəbər verir ki, cari mövsümün 4-cü mərhələsi Heydərabadda keçirilməli idi və bununla bağlı bütün lazımi müqavilələr oktyabrın sonunda imzalanmışdı. Lakin şəhər rəhbərliyi və Telangana əyalət hökuməti birtərəfli qaydada müqaviləni dayandırıb. 

Formula E rəhbərliyi artıq Hindistan tərəfinə müqavilənin pozulması ilə bağlı rəsmi bildiriş göndərib. Bildirişdə yaranan çətinliyin  məhkəmədə həll olunacağı qeyd olunub.


Bənzər xəbərlər

0 "Roma" Joze Mourinyo ilə yollarını ayırıb

"Roma" Joze Mourinyo ilə yollarını ayırıb

personAdmin 16-01-24, 12:58

İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bu...

0 Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub

Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub

personAdmin 06-04-24, 10:24

Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub. Sportaze.az xarici mediaya istinadla...

0 Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək

Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması

personAdmin 02-01-24, 00:53

Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək. Sportaze.az xəbər verir ki, bu barədə...

menu
menu