Leonardo Bonuççi "Fənərbağça"ya keçməyə yaxındır
"Union Berlin" futbol klubunun mərkəz müdafiəçisi Leonardo Bonuççi Türkiyənin "Fənərbağça" klubuna keçməyə yaxındır.
Sportaze.az xəbər verir ki, bu barədə “Fussball Transfers” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 36 yaşlı futbolçu artıq komanda yoldaşları ilə vidalaşıb.
Xatırladaq ki, Bonuççi ötən ilin yayında azad agent kimi "Yuventus"dan "Union"a keçmişdi. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 9 oyun keçirib və bir qol vurub. Futbolçunun Berlin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonunadək qüvvədədir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 1,5 milyon avrodur.
Bənzər xəbərlər
“Mançester Siti” klublararası dünya çempionatının qalibi
personAdmin 23-12-23, 01:47İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub. Sportaze.az xəbər verir ki, Premyer...
Yaponiya millisinin 11 oyunluq qələbə seriyası qırılıb
personAdmin 19-01-24, 18:08Futbol üzrə Yaponiya millisinin 11 oyunluq qələbə seriyasına son qoyulub. Sportaze.az xəbər verir ki, bu, Asiya...
Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması
personAdmin 02-01-24, 00:53Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək. Sportaze.az xəbər verir ki, bu barədə...





