SPORTAZE » XARİCİ XƏBƏRLƏR » "Beşiktaş" klubu Türkiyə Kubokunun sahibi olub

"Beşiktaş" klubu Türkiyə Kubokunun sahibi olub

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.

Sportaze.az xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.

Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb. Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb. Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe növbəti dəfə hesaba tarazlıq gətirsə də, 90+4-cü dəqiqədə "Beşiktaş"ın heyətində adını tabloya yazdıran Əl Müsrati komandasına qələbə qazandırıb.

Qeyd edək ki, bu nəticə ilə "Beşiktaş" tarixində 11-ci dəfə ölkə kubokunun sahibi olub.


Bənzər xəbərlər

0 "Tottenhem" klubu Timo Verneri icarəyə götürməyə yaxındır

"Tottenhem" klubu Timo Verneri icarəyə götürməyə

personAdmin 06-01-24, 13:18

İngiltərənin "Tottenhem" klubu Almaniya təmsilçisi “Leyptsiq"in hücumçusu Timo Verneri mövsümün sonuna...

0 “Barselona” klubu Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb

“Barselona” klubu Dani Alvesin adını əfsanələr siyahısından

personAdmin 27-02-24, 13:39

İspaniyanın “Barselona” komandası sabiq futbolçusu Dani Alvesin adını əfsanələr siyahısından çıxarıb. Sportaze.az...

0 Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

personAdmin 19-01-24, 13:52

Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib. Sportaze.az xəbər verir ki, bu barədə yerli “Asharq...

menu
menu