SPORTAZE » VOLEYBOL » "Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək səviyyədə təmsil olunub

"Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək səviyyədə təmsil olunub

Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etno-qəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunub. Azərbaycan Voleybol Federasiyasının dəstəyi, “Gəncə” VK-nın təşkilatçılığı ilə festival çərçivəsində “Kids Volleyball” layihəsinə əsasən, uşaqlar arasında voleybol yarışları keçirilib.
Sportaze.az xəbər verir ki, festivalda Gənclər və idman naziri Fərid Qayıbov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev “Gəncə” VK-nın düşərgəsində qonaq olublar və çay süfrəsi arxasında klubun prezidenti Elvar Osmanov ilə söhbət ediblər. Daha sonra voleybolçular ilə görüş olub. Qonaqlara “Gəncə” VK-nın “Kids Volleyball” komandası, voleybolçuların seçmə yarışlarda uğurla çıxış etdiyi və Gəncədə idmanın bu növünə olan böyük maraq barədə ətraflı məlumat verilib. 
Qonaqlar komanda üzvləri ilə söhbət edib və voleybolçulara uğurlar arzulayıb.
Həmçinin festival çərçivəsində ziyarətçilərə idmanın voleybol növünün qaydaları və topla rəftar barədə məlumat verilib.  
“Kids Volleyball” komandasının üzvləri festivalda "Gəncə" VK-nın Sağlam Ailə Tibb Mərkəzinin Gəncə "UltraLab" filialı ilə əməkdaşlığı çərçivəsində hazırlanmış formada iştirak ediblər. 
Həmçinin festivalın ziyarətçiləri arasında voleybol yarışları təşkil olunub, qaliblərə Sağlam Ailə Tibb Mərkəzinin Gəncə "UltraLab" filialı tərəfindən hədiyyələr təqdim olunub.


Bənzər xəbərlər

0 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək

Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı

personAdmin 14-03-24, 14:18

Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində...

0 Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq

Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə

personAdmin 27-03-24, 16:10

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək. Sportaze.az...

0 "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar

personAdmin 30-03-24, 12:09

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı”...

menu
menu