"Union Berlin" futbol klubunun mərkəz müdafiəçisi Leonardo Bonuççi Türkiyənin "Fənərbağça" klubuna keçməyə yaxındır.
Sportaze.az xəbər verir ki, bu barədə “Fussball Transfers” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 36 yaşlı futbolçu artıq komanda yoldaşları ilə vidalaşıb.
Xatırladaq ki, Bonuççi ötən ilin yayında azad agent kimi "Yuventus"dan "Union"a keçmişdi. Cari mövsüm müdafiəçi bütün turnirlərdə 9 oyun keçirib və bir qol vurub. Futbolçunun Berlin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonunadək qüvvədədir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 1,5 milyon avrodur.