DataLife Engine / Formula E-nin Hindistan mərhələsi ləğv olunub

Formula E-nin Hindistan mərhələsi ləğv olunub

Keçən il Formula E üzrə dünya çempionatının mərhələlərindən biri ilk dəfə Hindistanın Heydərabad şəhərində keçirilmişdi. Şəhər 2024-cü ildə yenidən Formula E-yə ev sahibliyi etməli idi. Fevralın 10-na planlaşdırılan yarışın təşkilatçıları mərhələnin ləğv edildiyini açıqlayıblar.

Sportaze.az xəbər verir ki, cari mövsümün 4-cü mərhələsi Heydərabadda keçirilməli idi və bununla bağlı bütün lazımi müqavilələr oktyabrın sonunda imzalanmışdı. Lakin şəhər rəhbərliyi və Telangana əyalət hökuməti birtərəfli qaydada müqaviləni dayandırıb. 

Formula E rəhbərliyi artıq Hindistan tərəfinə müqavilənin pozulması ilə bağlı rəsmi bildiriş göndərib. Bildirişdə yaranan çətinliyin  məhkəmədə həll olunacağı qeyd olunub.


8-01-2024, 05:44
Вернуться назад