SPORTAZE » DİGƏR » AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər

AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası baş tutub.

Sportaze.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, CAHAMA-nın iş metodlarının müzakirəsi, Katiblikdə yeniliklər və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

İclas çərçivəsində müxtəlif Milli Antidopinq Təşkilatlarının (NADO) uyğunluq statusu ilə bağlı sirkulyar məktublara baxılıb. 2025-2027-ci illər üçün WADA Fondunun İcraiyyə Komitəsinə və Şurasına Avropa nümayəndələrinin seçilməsi prosedurları da müəyyən edilib. Müvafiq məşvərət qrupları WADA-nın iclasının gündəliyində duran məsələlərlə bağlı təqdimatlarla çıxış ediblər.

Açıq sessiyada WADA-nın ümumi təqdimatı olub və müxtəlif suallar cavablandırılıb.

İclasın birinci günü CAHAMA-nın qarşıdan gələn WADA İcraiyyə Komitəsinin iclası, Komitənin sədr və sədr müavininin seçilməsi və digər işgüzar məsələlərlə bağlı mövqeyinin müzakirəsi ilə yekunlaşıb.


Bənzər xəbərlər

0 Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar

Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar

personAdmin 17-03-24, 18:49

Azərbaycan batutçuları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində...

0 Paris-2024: Azərbaycan cüdoçusu inamlı qələbə ilə 1/4 finala yüksəlib

Paris-2024: Azərbaycan cüdoçusu inamlı qələbə ilə 1/4

personAdmin 01-08-24, 13:15

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sportaze.az xəbər verir...

0 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci

personAdmin 22-03-24, 11:32

Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub....

menu
menu