Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.
Sportaze.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.
"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.
Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.
Bənzər xəbərlər
“Qarabağ”ın futbolçusu Polşa klubuna keçəcək
personAdmin 18-01-24, 16:39“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır. Sportaze.az Polşa mətbuatına...
"Neftçi" - "Qarabağ" oyununda mövsümün
personAdmin 02-12-24, 13:32Misli Premyer Liqasının XV turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş...
Xabi Alonso: "Qarabağ"la cavab oyunu asan
personAdmin 13-03-24, 17:20“Qarabağ” klubu ilə oyun asan olmayacaq. Sportaze.az xəbər verir ki, bunu "Bayer 04" komandasının baş...





