Xabi Alonso: "Qarabağ"la cavab oyunu asan olmayacaq
“Qarabağ” klubu ilə oyun asan olmayacaq.
Sportaze.az xəbər verir ki, bunu "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Almaniyada "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis optimist olduqlarını bildirib: "Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, biz qalib gələcəyik. Hər bir görüşə diqqət etməliyik".
"Bayer 04"ün baş məşqçisi əvvəlki qarşılaşmalar barədə danışıb: "Bu rəqibə qrup mərhələsindəki hər iki oyunda qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlər yaşadıq. Artıq qrup mərhələsində deyilik. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. Amma qorxmuruq".
O, psixoloji durumun önəmini də vurğulayıb: "Bunun xüsusi qarşılaşma olduğunu bilirik. Qalib gəlmək niyyətindəyik. Amma hər şeyə hazır olmalıyıq. Bu, oyundur. Matçda əhval-ruhiyyə də böyük rol oynayacaq".
Alonso XXV turunda “Volfsburq”u 2:0 hesabı ilə məğlub etdikləri Bundesliqa matçındakı kimi oynamayacaqlarını sözlərinə əlavə edib: "Mart, aprel və mayda bizi sıx qrafiq gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürük ki, heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır".
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Bənzər xəbərlər
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu
personAdmin 11-03-24, 11:09"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Sportaze.az xəbər verir ki, bu, XXVI...
Azərbaycanın minifutbol millisinin rəqibləri bəlli olub
personAdmin 04-04-24, 14:54Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...
“Zirə”nin qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub
personAdmin 09-01-24, 15:03Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə...





