SPORTAZE » DİGƏR » Azərbaycan və Gürcüstan Qolf federasiyaları əməkdaşlığa başlayıb

Azərbaycan və Gürcüstan Qolf federasiyaları əməkdaşlığa başlayıb

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş anlaşma Memorandumu imzalanıb.

Federasiyadan Sportaze.az saytına verilən məlumata görə, Memorandumu Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Rauf Xəlilov və Gürcüstan Qolf Federasiyanın (GQF) prezidenti Zaza Mikadze imzalayıblar.

Memorandum hər iki ölkədə qolf oynayan icmaların təkmilləşdirilməsi üçün birgə imkanların araşdırılması öhdəliyini möhkəmləndirir. Bu əlamətdar sazişin əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqla AGF və GQF arasında əlaqələri gücləndirməkdir.

İmzalanma mərasimdə çıxış edən Rauf Xəlilov əməkdaşlığın perspektivləri ilə bağlı danışıb: "Bu Memorandum qolf oynamağın mükəmməlliyini təbliğ etmək və inkişaf etdirməkdə irəliyə doğru atılmış mühüm addımdır. Biz Gürcüstandakı həmkarlarımızla səmərəli tərəfdaşlığı səbirsizliklə gözləyirik”.

Zaza Mikadze nikbinliyini ifadə edib: "Azərbaycan Qolf Federasiyası ilə güclərimizi birləşdirərək, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək, regionumuzda qolfun standartlarını yüksəltməyi hədəfləyirik".

Qeyd edək ki, imzalanma mərasimində hər iki federasiyanın prezidentləri ilə yanaşı, vitse-prezidentləri Anar Əzimov ilə Andro Şilakadze, həmçinin baş katibləri Leyla Abbasova və Mişa Dzadzamia da iştirak ediblər.


Bənzər xəbərlər

0 AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda 58 idmançıdan test nümunəsi götürülüb

AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda

personAdmin 08-02-24, 11:08

2023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58...

0 Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə qatılacaqlar

Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə

personAdmin 02-04-24, 14:37

Azərbaycan bədii gimnastları Leyli Ağazadə və Kamilla Seyidzadə Bolqarıstanda keçiriləcək "Sofiya Kuboku"...

0 Ötən ay ölkəmizi beynəlxlaq yarışlarda uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüş olub

Ötən ay ölkəmizi beynəlxlaq yarışlarda uğurla təmsil etmiş

personAdmin 12-03-24, 14:23

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda...

menu
menu