SPORTAZE » VOLEYBOL » Yüksək Liqa: "Gəncə", "Azərreyl" və "Murov Az Terminal"dan möhtəşəm qələbə

Yüksək Liqa: "Gəncə", "Azərreyl" və "Murov Az Terminal"dan möhtəşəm qələbə

Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib.

Sportaze.az xəbər verir ki, matçların ikisi Bakıda, digəri Gəncədə reallaşıb. Turnir cədvəlinin lideri "Azərreyl" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Matça daha yaxşı başlayan "dəmiryolçular" üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb.

Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər.

Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəyə sevinib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 48 xalla "Azərreyl" başçılıq edir. “Murov Az Terminal” 40 xalla ikinci, “Abşeron” 39 xalla üçüncü pillədə qərarlaşıb.


Bənzər xəbərlər

0 Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib

Avropa Voleybol Konfederasiyası növbəti dəfə

personAdmin 08-01-24, 12:59

Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib. Sportaze.az saytı xəbər verir ki,...

0 Azərbaycanda 8 Regional Voleybol Klubu klubu yaradılıb

Azərbaycanda 8 Regional Voleybol Klubu klubu yaradılıb

personAdmin 18-07-24, 15:10

Azərbaycanda 8 Regional Voleybol Klubu (RVK) klubu yaradılıb. Sportaze.az xəbər verir ki, bu barədə Azərbaycan...

0 Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

personAdmin 29-02-24, 14:10

Qadın voleybolçuların Yüksək Liqasında XV tura yekun vurulub. Sportaze.az xəbər verir ki, bağlanış oyununda...

menu
menu