Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Ardınca nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara uğurlar arzulayıb.
Alpaqut döyüş sənəti, Çin döyüş növləri (uşu-çinda, uşu-sanda), sumo, muaytay, atletika, milli idman növləri (qazax güləşi), sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Bənzər xəbərlər
Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində
personAdmin 12-01-24, 11:12Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Sportaze.az...
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
personAdmin 15-04-24, 10:58Aprelin 24-27-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Bu barədə Sportaze.az saytına Azərbaycan...
Azərbaycan sablyaçısı Paris Olimpiadasının 1/8 final
personAdmin 29-07-24, 16:39Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə...





