SPORTAZE » DİGƏR » Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.

Sportaze.az saytının Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən məlumatına görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.

Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.


Bənzər xəbərlər

0 Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya

personAdmin 27-01-24, 16:29

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb. Azərbaycan Qış İdman Növləri...

0 Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev milli komandanın heyəti ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev

personAdmin 27-05-24, 17:37

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və...

0 Paris-2024: Azərbaycan cüdoçusu inamlı qələbə ilə 1/4 finala yüksəlib

Paris-2024: Azərbaycan cüdoçusu inamlı qələbə ilə 1/4

personAdmin 01-08-24, 13:15

Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sportaze.az xəbər verir...

menu
menu