SPORTAZE » DİGƏR » İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub

İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub

İlk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonuna yekun vurulub.

Sportaze.az xəbər verir ki, yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.

Sonuncu - beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.

Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə Bakıya çatıblar.


Bənzər xəbərlər

0 AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq

personAdmin 07-03-24, 15:37

Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib....

0 Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon ilə görüşüb

Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom

personAdmin 09-01-24, 10:30

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli...

0 Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

personAdmin 06-08-24, 23:38

Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb....

menu
menu