SPORTAZE » VOLEYBOL » Voleybol üzrə Azərbaycan çempionatı: Lider ili qələbə ilə başa vurub

Voleybol üzrə Azərbaycan çempionatı: Lider ili qələbə ilə başa vurub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib.

Sportaze.az xəbər verir ki, VII turun açılış matçında “Azərreyl” və “Gəncə” klubları qarşılaşıblar. Cengiz Akarçeşmenin başçılıq etdiyi komandanın üstünlüyü ilə keçən görüşdə bakılılar 3:0 hesablı qələbə qazanıblar.

Günün ikinci, ilin isə son matçında “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Üç set davam edən matçda ilk hissədən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyü sonadək qoruyub və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 7 turdan sonra “Azərreyl” 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Abşeron” ikinci yerdədir. “Murov Az Terminal” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər

0 Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə başlayacaq

Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə

personAdmin 27-03-24, 16:10

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək. Sportaze.az...

0 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının

personAdmin 23-04-24, 18:47

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib. Sportaze.az saytının məlumatına görə, Bakı...

0 "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb

"Gəncə" klubu yeni məşqçi ilə anlaşıb

personAdmin 25-06-24, 11:30

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb. Bu barədə Sportaze.az saytına bölgə...

menu
menu